Adı: Annatto
Digər adı: Biksin və ya Norbiksin
Rəng Kodu: 75120
Mənşəyi: Bitki mənşəli
Təsviri: Sarı qida rəngləndiricisidir. Annatto ağacının Bixaorellana toxumlarından əldə edilir. Sarı, narıncı və krem rəngli yetişmiş pendir, əritmə pendir, digər süd məhsulları, dondurma, yeyilə bilər buzlar, yağlar, un məmulatları, likörlər, hisə verilmiş balıq, çərəzlər, hazır şorbalar, qəhvəaltılar, içkilər, marqarinlər, kərə yağı və digər yağ əsaslı məhsullar, quru tortlarda, dərman (bəlğəm təmizləyicisi kimi) və dəriyə qulluq məhsulları, kremlər kimi kosmetik məhsullarında sıx olaraq istifadə edilməkdədir. Türkiyədə orqanik bitkilər istisna olmaqla, hər cür qidada istifadəsi sərbəstdir.
Riskləri: Annatto allergiyalara və eqzemaya səbəb olur. Qarışığın içindəki maddələrdən hansının yan təsirə səbəb olduğu məlum deyil. Bitki mənbələri və əldə edilmə üsulları ümumiyyətlə genetik dəyişdirmə üsullarıdır. Qətiyyən tövsiyə olunmur!