Adı: İzomalt
Təsviri: İlk dəfə 1957-ci ildə Almaniyadakı bir şəkər fabrikində tapılmışdır. izomalt, saxarozanın Protaminobacter rubrum adlı mikroorqanizm tərəfindən parçalanmasıyla əldə edilir. Ticari adı palatinit olan izomaltın 1992-ci ildən etibarən AB ölkələrində qatqı maddəsi olaraq istifadəsinə icazə verilmişdir. Ağızdakı bakteriyalar tərəfindən parçalana bilmədiyi üçün diş çürüməsinə səbəb olmaz. Şəkərə çox bənzəyən dadına görə şokolad, marmelad, dondurma, şokolad məhsulları, saqqız, içkilər, meyvə konservləri və şəkərləmələrdə istifadə edilir. İzomaltın 1 qramı 2 kkal enerji verir. Şəkərin 0,5 misli qədər şirinliyə malikdir. Bişirilən məhsullarda qaralmağa səbəb olmadığına görə rəngini dəyişdirməz. Həddindən artıq istehlakında müshil təsiri göstərə bilir.