Adı: Sukraloza
Təsviri: İngiltərədə 1976-cı ildə Dada & Lyle adlı şirkət tərəfindən çay şəkərindən əldə edilən bir dadlandırıcıdır. “Splenda” ticari adıyla da satılır. Sukralozanın 1991-ci ildə Kanadada, 1998-ci ildən etibarən ABŞ-da, 2003-cü ildə AB ölkələrində istifadəsinə icazə verilmişdir. Heyvanlar üzərində aparılan araşdırmalarda və insanlar üzərindəki müşahidələrdə kanserogen bir təsir görülməmişdir. Sukraloza, orqanizmdə metabolizə olmadığı üçün enerji verməz. Kalorisi 0-dır və çay şəkərindən 600 qat daha şirindir. Bədən tərəfindən şəkər olaraq qəbul edilmədiyi üçün qan şəkəri və insulin səviyyəsini təsir etməz. Bu özəlliyi səbəbiylə diabetik qidalarda istifadə edilir. Halhazırda sukralozalar 80-dən çox ölkədə istifadə edilir. Sukraloza süd məhsulları, unlu məmulatlar, cemlər, salat sousları, meyvə konsentrələri və qazlı içkilər kimi bir çox qidada istifadə edilə bilir. Aşağı istiliklərdə və suda asan həll ola bilməsi onun içkilərdə və digər qidalarda istifadəsini asanlaşdırır. Uzun müddətli saxlanmaya dayanıqlı olub şirinliyini itirməz.