E957

Adı: Taumatin

Mənşəyi: Bitki mənşəli, GDO-lu

Təsviri: Tropik taumatin “Thaumococcus danielli” bitkisinin bakteriyaları vasitəsilə geni dəyişdirilmiş forması olub və şəkərdən 2000 dəfə daha şirin olan bir dadlandırıcıdır. Qərbi Afrikada, əsasən yağışlı meşələrdə yetişən bu bitkinin meyvəsindən genetik metodlarla izolə edilir. E957-nin yüksək temperaturda sabit qalması onu çörək məhsulları kimi bişmiş qidalarda istifadə etməyə imkan verir. Spirtli içkilər, saqqızlar, dietik məhsullar, şokoladlar, şirniyyatlar, çörək və meyvələrin dadlandırılması kimi minlərlə məhsulda tətbiq edilir. Türkiyədə istifadəsi sərbəstdir. Bu dadlandırıcı 1841-ci ildə tapınılmışdır. İngiltərədə ticari adı talin olan bu birkinin meyvələri, qərbi Afrikalılar tərəfindən illərdir dadlandırıcı olaraq istifadə edilir. 1 kq meyvədən təxminən 6 qram taumatin əldə edilir. Taumatinin biyan kökünə bənzər bir dadının olması, qidalarda istifadə sahəsini məhdudlaşdırır. Zülal quruluşunda bir dadlandırıcıdır və bədəndə tamamilə parçalanıb həzm edilir. Taumatinin şirinlik dərəcəsi çox yüksək olduğu üçün sadəcə icazə verilən qidalarda və müəyyən ölçülərdə istifadə edilir. Taumatin şəkərsiz saqqız və şəkərləmələrdə, spirtsiz içkilərdə, şirnilərdə, dondurmalarda, qurudulmuş meyvələrdə, cemlərdə, süd məhsullarında, instant çay və qəhvələrdə, saqqızlarda, vitamin və mineral həblərində, diş pastalarında, diet məhsullarda və ağız çalxalayıcılarında istifadə edilir. Qidalarda çox xoş olmayan dadları maskalaya bilir.

Riskləri: Acı dadı kəskin şəkildə yox edən taumatin haqqında, kifayət qədər elmi məlumat yoxdur. Əslində isə başqa bir aspartam (E951) halı ilə rast gəlinər. Çünki bəzi mənbələrin iddiasına görə bu iki maddə oxşar təsirlərə malikdir. Məlum olmayan riskləri ilə yanaşı, ən azı GDO-lu olduğundan qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir