E959

Adı: Neohesperidin dihidroxalkon (Neohesperidine Dihydrochalcone)

Digər adı: NHDC (DC)

Mənşəyi: Sintetik, bitki mənşəli

Təsviri: Sintetik olaraq sitrus bitkilərindən və ya “Citrus auranticum” qabığından əldə edilir və şəkərdən 1500 dəfə artıq daha şirindir. Bir çox un və qənnadı məmulatlarında istifadə edilir. Türkiyədə istifadəsi sərbəstdir. Neohesperidin DC 1950-ci ilin sonunda Horowitz və Gentili adlı elm adamları tərəfindən sitrus meyvələridə tapılmışdır. Neohesperidin dihidrochalcon (NHDC) portağal, sitrus bitkilərinin qabıqlarından və tullantılarından istehsal edilir. Ümumiyyətlə digər süni dadlandırıcılarla birlikdə spirtsiz içkilərdə istifadə edilir. NHDC-in şirinlik xüsusiyyəti ilə birlikdə acılığı azaltma özəlliyi də var. Ağızdakı şirin və meyvə dadını artırmaq üçün çox kiçik miqdarlarda istifadə edilir. SCF tərəfindən 1984-cü ildə edilən geniş bir araşdırmada neohesperidin de-hidrochalconun insan sağlamlığına mənfi bir təsiri tapılmamışdır. Avropa Birliyində NHDC-nin enerjisi azaldılmış qidalar, şəkərsiz yeməklər, dondurma, şirnilər, spirtsiz içkilər və saqqızda dadlandırıcı olaraq istifadə edilməsinə 1994-cü ildə icazə verilmişdir. Yaponiyada istehlakçılar tərəfindən olduqca çox istifadə edilən NHDC kultur edilmiş süd məhsullarına şirinlik vermək, yüksək miqdarda duz ehtiva edən ənənəvi Yapon yeməklərində duz dadını artırmaq məqsədiylə də istifadə edilir. E 959-un kalorisi 0-dır və çay şəkərindən 600-1000 qat daha şirindir.

Steviosit Braziliya, Paraqvay, Yaponiya, Malayziya, İndoneziya, Cənubi Koreya, Tayvan və Çində yetişdirilir. Ana vətəni Paraqvay olan steviaya Qırmızıdərililər tərəfindən “şirin ot” və “ballı yarpaq” adları verilmişdir. Stevia rebaudiana Bertoni adlı bitkinin yarpaqlarından izolə edilən bir dadlandırıcıdır. 1 kq qurudulmuş yarpaqdan 60-65 qram steviosit əldə edilir. Steviosit, qidalara aşağı miqdarlarda istifadə edildikdə xoş bir ləzzət qazandırarkən, yüksək miqdarlarda isə istənməyən biyan kökü ləzzəti və acı bir dad verir. Yaponiya, Koreya, Braziliya və Paraqvay kimi bir çox ölkədə stevianın dadlandırıcı  olaraq istifadəsinə icazə verilmişdir. Yaponlar stevia məhsullarını qırx ildir istifadə edir. ABŞ-da 2008-ci ildən etibarən steviol qlükozaitlərin dadlandırıcı  olaraq istifadəsinə icazə verilmişdir. Avropa Birliyi 11 Noyabr 2011-ci il tarixindən etibarən istifadəsinə icazə vermişdir. Türkiyədə isə 20.06.2013 tarixindən etibarən E 960-ın dadlandırıcı olaraq istifadəsinə icazə verilmişdir.

Steviositlə əlaqədar toksikoloji araşdırmalar yetərli görülmədiyi üçün bir çox ölkədə istifadəsinə icazə verilmir. Steviositin istifadəsinə icazə verilən ölkələrdə spirtsiz içkilər, saqqız, balıq sousları, diş pastası və sirop kimi qidalara qatıla bilməkdədir. Stevia dadlandırıcısı çay şəkərinə görə 250-300 qat daha çox şirindir və kalorisi sıfırdır.

Riskləri: Heyvanlar üzərində aparılan təcrübələrdə kor bağırsaq böyüməsinə səbəb olduğu aşkarlanıb. Qətiyyən tövsiyə olunmur!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir