Bəzi qatqı maddələri təbii qaynaqlardan, yəni bitki və heyvanlardan əldə edilir. Örnək üçün məhsulların qatılıq dərəcəsini qorumaq üçün istifadə edilən lesitin, soya paxlası və qarğıdalıdan, emulqator olaraq istifadə edilən monogliserid isə bitki mənşəli və ya heyvan mənşəli yağlardan əldə edilir. Bənzər şəkildə çuğundur tozu da qida boyası olaraq istifadə edilir. Digər bəzi qatqı maddələri isə təbiətdə olmaz və sintetik olaraq insanlar tərəfindən istehsal edilir. Sintetik qatqı maddələri davamlı olaraq eyni keyfiyyətdə istehsal edilə bilir və təbii olanlara görə həm daha iqtisadi həm daha safdırlar. Buna görə istehsalçılar tərəfindən daha çox tərceh edilirlər.
Marketlərdən aldığımız və ya bağçamızdan yığdığımız bütün qidalar kimyəvi maddələrdən meydana gəlibdir. Əslində dünyadakı hər şey karbon, hidrogen, azot, oksigen və digər elementlərin birləşərək bir araya gəlməsiylə meydana gəlir. Bu elementlər dəyişik şəkillərdə birləşərək qidalarda olan nişastaları, zülalları, yağları, su və digər vitaminləri meydana gətirirlər. Sintetik olaraq hazırlanan qatqı maddələrinin bir qismi təbii olaraq qidalarda olan bəzi maddələrlə ekvivalentdirlər. Məsələn sitrus bitkiləridə olan vitamin C (askorbin turşusu) laboratoriyalarda əldə edilənlə ekvivalentdir. Bunun kimi hazırlanan bəzi qatqılar da təbii olanlarla ekvivalentdir. Nümunə olaraq “doğala özdeş” (təbiiyə bərabər) aromalar verilə bilir. Sintetik olaraq hazırlanan qatqı maddələrinin bir digər qismi isə, təbii olaraq qidalarda olmayan maddələrdir.
Bir qatqı maddəsinin təbii və ya sintetik olması onun hər zaman sağlamlıq baxımından etibarlı ya da etibarsız olduğunu müəyyən etməz. Təbii demək, “tamamilə etibarlı” demək deyil. Necə ki, təbii bir qatqı maddəsi olan və ləzzət verici olaraq müxtəlif qida və içkilərdə istifadə edilmiş olan safrole təcrübə heyvanlarında ağciyər və qaraciyər xərçənglərinə səbəb olmuş və insanlarda da kanserogen olduğu müəyyən olunduqdan sonra qadağan edilmişdir. Qatqı maddəsi olmadığı halda istehlak etdiyimiz təbii qidalarda olan bəzi maddələr problem ola bilir. Məsələn astma xəstəsi isək və benzaldehidə qarşı həssaslığınız varsa, benzaldehid ehtiva edən şaftalı, çiyələk və armud kimi meyvələr astma krizinizi tətikləyə bilməkdədir. Bir qatqı maddəsinin sintetik olması da yenə tamamilə etibarlı olduğu mənasını verməz. Necə ki, sintetik olan və xərçəngə səbəb olan bir çox qatqı maddəsi mövcuddur. Məsələn sintetik bir gida rəngləndiricisi olan butter jellow təcrübə heyvanlarında qaraciyər və sidik torbası xərçənglərinə səbəb olmuş və insanlarda da kanserogen olduğu təsbit edilincə qadağan edilmişdir.
Nəticə olaraq deyə bilərərik ki, hər qatqı maddəsi təbii və ya sintetik olduğuna baxılmadan ayrı-ayrı qiymətləndirilməlidir. Bununla yanaşı hər nə qədər, “Bir qatqı maddəsinin təbii və ya sintetik olması onun təhlükəsizliyi üçün bir meyar ola bilməz” desək də aparılan araşdırmalar təbii məhsulların sintetik olanlara görə daha az problemə səbəb olduğunu göstərir. Buna görə xüsusilə uşaqlar üçün sintetik məhsullardan çəkinməyə çalışılmalıdır.